VOİCEPRESS xəbər verir ki, bu barədə “WikiLeaks”in “Twitter” səhifəsində məlumat verilib. Məxfi sənədləri yayması ilə məşhurlaşan təşkilat Tramp və Kominin səs yazısını təqdim edəcək şəxsə 100 min dollar ödəyəcəyini elan edib.
Xatırladaq ki, D. Tramp 3 gün əvvəl C. Komini vəzifəsindən azad edib. ABŞ mətbuatında yayılan məlumatlara əsasən D. Tramp Ağ Evdəki şam yeməyi zamanı C. Komidən ona sadiq olmasını tələb edib. Komi isə yalnız Konstitusiya əsasında fəaliyyət göstərdiyini söyləyərək kiməsə şəxsi sədaqət nümayiş etdirməyəcəyini bildirib. Mayın 12-də D. Tramp C. Komiyə xəbərdarlıq edib ki, ikisi arasındakı şəxsi söhbətləri KİV-ə çıxarmasın.
Qeyd edək ki, FBİ Rusiyanın ABŞ-dakı 2016-cı il prezident seçkilərinə müdaxiləsi və Donald Trampın yaxın ətrafının Rusiya ilə gizli əlaqələrinə dair təhqiqat aparır.
VOİCEPRESS.AZ