Tramp Obamanın daha bir qadağasını ləğv etdi

5 May, 10:31

ABŞ prezidenti Donald Tramp administrasiyası yüksək dəqiqliyə malik idarə olunan raketlərin Ər Riyada satışına qoyulan qadağanı ləğv edib.

VOİCEPRESS xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının XİN rəhbəri Adel əl Cubeyr bildirib.

Söhbət 1 mlrd. dollardan çox dəyəri olan yüksək dəqiqliyə malik “Paveway” tipli raketlərin satışına dair sazişdən gedir.

Qeyd edək ki, sazişin icrası Barak Obama administrasiyası tərəfindən dondurulmuşdu. Buna səbəb kimi Səudiyyə Ərəbistanının dinc əhalinin kütləvi qırğını ilə müşahidə edilən Yəməndəki münaqişədə iştirakı göstərilmişdi.

Sazişin yaxın günlərdə Konqresə təqdim edilməsi gözlənilir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here