ABŞ prezidenti Donald Тramp FTB direktoru vəzifəsinə bir neçə nəfərin namizədliyi nəzərdən keçirir.
VOİCEPRESS-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Ağ Evin rəsmi nümayəndəsinin müavini Sara Sanders bildirib.
Brifinqdə verilən suala cavab olaraq Sanders deyib: “İndi bilirəm ki, nəzərdən keçirilən bir neçə namizəd var”.
Qeyd edək ki, mayın 9-u Тramp FTB direktoru Ceyms Komi istefaya göndərib.
VOİCEPRESS.AZ