Tramp Ceyms Komini istefaya göndərib

10 May, 07:25

ABŞ prezidenti Donald Tramp FTB-nin direktoru Ceyms Komini istefaya göndərib.

VOİCEPRESS-in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin bəyanatında deyilir.

“Bu gün prezident Donald Tramp FTB-nin direktoru Ceyms Komiyə onun səlahiyyətlərinin dayandırılması və istefaya göndərilməsi barədə məlumat verib”, – bəyanatda deyilir.

Qeyd edək ki, Ceyms Komi Barak Obama tərəfindən 2013-cü ildə 10 il müddətinə FTB-nin direktoru vəzifəsinə təyin olunmuşdu.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here