VOİCEPRESS xəbər verir ki, bu sözləri Təhsil Nazirliyin informasiya şöbəsinin müdiri Cəsarət Valehov oxu.az-a açıqlamasında deyib.
O, xarici universitetlərə qəbul olan tələbələrin diplomlarına nazirlik tərəfindən zəmanət verməsi ilə bağlı məlumatları təkzib edib:
“Bir daha bildirmək istərdik ki, Təhsil Nazirliyi tələbələrin xaricdə təhsil üzrə dövlət proqramından, dövlətlərarası təqaüd proqramlarından xaric hər hansı şirkətlə əməkdaşlıq etmir. İcra etdiyi proqramlarla bağlı bütün məlumatlar isə şəffaf şəkildə iştirakçının, eyni zamanda Təhsil Nazirliyinin müvafiq elektron resurslarına yerləşdirilir”.
Cəsarət Valehov həmçinin diplomların tanınmasının hüquqi prosedur olduğunu xatırladıb:
“Diplomların tanınması (nostrifikasiyası) hüquqi prosedur olmaqla burada universitetin legitimliyi, məzunun akademik göstəriciləri, qazandığı kreditlərin sayı, faktiki təhsil müddəti, dil və ixtisas biliyinə qədər bütün məlumatlar təhlil olunur. Bu araşdırma təsdiqini müsbət mənada tapdıqdan sonra diplomun tanınması prosesi baş verir”.
VOİCEPRESS.AZ