İtburnu- Təbiətin möcüzəsi

2 May, 11:09

Aparılan son araşdırmalara əsasən, C vitaminin ən çox toplandığı bitki kimi limon deyil, itburnu çiçəyi göstərilib.

VOİCEPRESS xəbər verir ki, itburnunun çiçəklərində və qozasında limondan nə az, nə çox düz 60 dəfə artıq C vitamini var. Mütəxəssislər gündə iki fincan itburnu çayıbı, bir çay qaşığı isə itburnu marmeladını insan vücudunda böyük irəliləyişlərə səbəb olacaq iksir kimi dəyərləndirirlər. Həzm və mədə bağırsaq sistemindəki problemləri asanlıqla həll etmək gücündə olan itburnu dünyada hələ tam dəyərini qazanmayıb.

C vitamini ilə yanaşı antioksidlər və polifenollarla zəngin olan itburnunun tərkibində A, B, K vitaminlərinə də rast gəlinir. İtburnunun tərkibindəki dəmir və maqnezium orqanizmin immun sistemini artırır, sinir sisteminin iş fəaliyyətini nizamlayır.
Qəbizliyin bir nömrəli dərmanı sayılan itburnu çayı eyni zamanda, ürək-damar sisteminə də xeyirlidir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here