Soyuq hava nə vaxtadək davam edəcək?

12 May, 09:42

Ötən gündən Azərbaycanda başlayan küləkli hava şəraiti bu gün də davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən VOİCEPRESS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bu gün hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 12-15, gündüz 18-21, Bakıda gecə 13-15, gündüz 19-21 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında mayın 12-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 11-16, gündüz 19-23, dağlarda gecə 4-9, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Departamentin əvvəlcədən xəbərdarlıq etdiyi kimi bu gün Bakıda və rayonlarda ildırım çaxıb, intensiv yağış yağıb. Bakıda və Abşeron yarımadasında mayın 11-dən 12-si gündüzədək güclü şimal-qərb küləyinin əsəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-9 dərəcə aşağı enəcəyi gözlənilirdi.

Azərbaycanın rayonlarında mayın 13-ü səhərədək hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-9 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here