Tank Mid-ə 30 min funta başa gəlib
55 yaşlı britaniyalı tank kolleksioneri Nik Mid eBay vasitəsilə İraqdan sovet T-54 tankını əldə edib. VOİCEPRESS The Sun nəşrinə istinadən xəbər verir ki, britaniyalı bu şəxs əldə etdiyi tankı nəzərdən keçirərkən burada 2 milyon funt dəyərində olan 5 qızıl külçə tapır. Nik Mid belə hesab edir ki, külçələr Fars körfəzində müharibə zamanı iraqlı əsgərlər tərəfindən Küveytdə oğurlanıb. Ümumilikdə isə, tank Mid-ə 30 min funta başa gəlib.
VOİCEPRESS.AZ