VOİCEPRESS xəbər verir ki, nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova özəl olaraq Trend-ə bildirib ki, idmançılar və qonaqlara stasionar tibbi yardım Bakı şəhərindəki Kliniki Tibbi Mərkəz və Bakı Sağlamlıq Mərkəzində göstəriləcək.
S.Əhmədova qeyd edib ki, oyunlara gələn bütün idmançılar və qonaqlara tibbi xidmət yüksək səviyyədə göstəriləcək və bunun üçün bütün hazırlıq işləri görülüb.
Nazirlik rəsmisi əlavə edib ki, tibbi xidmətə ehtiyacı olan qonaqlar, idmançılar ona bu xidməti göstərə bilən kişi və ya qadın həkimi seçməkdə sərbəstdirlər. Belə ki, qadınlar onlara kişi həkimlərin tibbi xidmət göstərməsini istəməyəcəklərsə, bu halda onlar qadın həkimlərin xidmətindən istifadə edə bilərlər: “Və ya əksinə olaraq, qadınların ona tibbi xidmət göstərməsini istəməyən müsəlman kişi elə kişi həkimin xidmətindən istifadə edə bilər. Biz bu məsələ ilə bağlı hər hansı problemin yaranacağını düşünmürük”.
VOİCEPRESS.AZ