İslamiada: Yığmamız qələbə ilə başladı

9 May, 22:52

İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən qadın həndbolçular arasında yarışlara start verilib. VOİCEPRESS-in məlumatına görə, dairəvi sistemlər təşkil olunan turnirin ilk günü Azərbaycan millisi də meydana çıxıb.

“Sərhədçi” Olimpiya İdman Mərkəzində baş tutan matçda yığmamız Kamerun həndbolçuları ilə üz-üzə gəliblər. Əsasını milliləşdirilmiş oyunçular təşkil edən millimiz çətinliklə də olsa qələbə qazanıb.

Belə ki, Georgi Voronovun başçılıq etdiyi komanda ilk hissəni 18:14 hesabı ilə irəlidə bitirib. İkinci yarıda rəqib təzyiqi artıb. Buna baxmayaraq, yığmamız qarşılaşmanı 2 top fərqi ilə aktivinə yazıb.

Günün digər oyununda isə Türkiyə Özbəkistanı məğlub edib. Ay-ulduzlular 37:21 (16:8) hesabı ilə qalib gəliblər.

I tur

Azərbaycan – Kamerun – 28:26 (18:14)
Hakimlər: Diana Floresku, Anamariya Stoya (hər ikisi Rumıniya)
“Sərhədçi” Olimpiya İdman Mərhəzi

Azərbaycan: 1. Səbinə Nuriyev, 72. Natalya Qayoviç, 2. Anna Həmidova, 3. Marina Tankaskaya, 7. Anastasiya Metelska, 9. İrina Qasımov, 10. Anna Burova, 13. Mariya Raçitelyeva, 14. Sakinat Abasova, 22. Yekaterina Artamanova, 27. Oksana Orexova, 28. Yekaterina Peçe, 33. İrina Klimenko, 44. Alla Çernişova

Qeyd edək ki, yığmamız sabah Özbəkistanla oynayacaq. Matç 15:45-də başlayacaq.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here