İslamiada: Həndbolçuların yarışında ikinci turuna yekun vurulub

10 May, 23:21

İslam Həmrəyliyi Oyunları çərçivəsində kişi həndbolçular arasında keçirilən yarışın ikinci turuna yekun vurulub. VOİCEPRESS apasport.az-a istinadən xəbər verir ki, millimiz ilk oyundan fərqli olaraq bu dəfə məğlubiyyətlə üzləşib.

Belə ki, A qrupundakı ikinci matçında Səudiyyə Ərəbistanı yığması ilə qarşılaşan komandamız 38:31 hesablı yenilgi ilə barışmalı olub.

Qrupun digər matçında Əlcəzair Pakistanı darmadağın edib – 47:24.

B qrupunda da ikinci mərhələnin qarşılaşmaları keçirilib. Türkiyə İraqı (35:33), Mərakeş isə İordaniyanı (27:16) məğlub edib.

İslam Həmrəyliyi Oyunları

Həndbol (kişilər)

II tur

A qrupu

Azərbaycan – Səudiyyə Ərəbistanı – 31:38

Hakimlər: Xalid Husseyn, Fadhi İmran (hər ikisi İraq).

“Sərhədçi” İdman Olimpiya Mərkəzi

Azərbaycan: Oleq Georgevski, Maksim Butenko, Həmid Vəhabi, Dalibor Şukiç, İvan Tseliapnu, Vadim Skrebtsov, Elnur Cahangirov, Rəsul Şərifli, İslam Slemanov, Sabir Nəzərəliyev, Saleh Vəliyev, Eldar Fərəcov, Kamran Məmmədov, Rafiq Həsənov

Əlcəzair – Pakistan – 47:27

B qrupu

Türkiyə – İraq – 35:33

İordaniya – Mərakeş – 16:27

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here