Bu gün IV İslam Həmrəyliyi Oyunlarında boks yarışlarına start verilir.
VOİCEPRESS xəbər verir ki, bu gün boksçular 9 çəki dərəcəsində mübarizəyə başlayacaqlar. Azərbaycan boksçularından rinqə ilk olaraq ölkəmizi +91 kq çəki dərəcəsində təmsil edən Məhəmmədrəsul Məcidov çıxacaq.
Onun 1/8 finaldakı rəqibi Qazaxıstan idmançısı Nurlan Saparbay olacaq.
VOİCEPRESS.AZ