Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev ölmü hökmünün bərpası təklifi ilə çıxış edib. O deyib ki, amansız cinayət törədənlər, dövlətə xəyanət edənlərə ölüm hökmü tətbiq edilməlidir. “Biz müharibə şəraitindəyik. Üstəgəl bəziləri xüsusi amansızlıqla cinayət törədir. Belə adamlar və dövlətə xəyanət edənlərə qarşı ölüm hökmü verilməlidir”.
VOİCEPRESS xəbər verir ki, Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov isə qeyd edib ki, ölüm hökmünün bərpası doğru deyil: “Azərbaycanda ölüm hökmünü ümummilli lider Heydər Əliyev aradan qaldırıb. Bu, onun atdığı hümanist addımlardan biridir. Eyni zamanda, unutmayaq ki, insana canı Allah verib, Allah da ala bilər. Cinayətə gəldikdə, elə cəzalar var ki, ölüm cəzasından da betərdir”.
VOİCEPRESS.AZ