Salvadorda 6,2 bal gücündə zəlzələ baş verib.
VOİCEPRESS-in “Belta”ya istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Sonsonat şəhərindən 97 kilometr, paytaxt San-Salvadordan isə 128 kilometr aralıda yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub.
Zəlzələ nəticəsində dağıntılar qeydə alınmayıb. Xəsarət alanların da olmadığı bildirilib.
VOİCEPRESS.AZ