Sabahdan “Baku 2017” zolağına girməyin – 40 manat cərimə var – VİDEO

4 May, 21:13

Bakıda əsas küçə və prospektlərdə sabahdan yeni qayda qüvvəyə minəcək.

VOİCEPRESS xezerxeber.az-a istinadən bildirir ki, IV İslam Həmrəyliyi Oyunları üçün çəkilən sarı zolaqlardan istifadə edən digər avtomobillərin sürücüləri cərimə olunacaqlar.
Sarı zolaqda hərəkət edən nəqliyyat vasitələrinin sürücülərini 40 manat məbləğində cərimə gözləyir. Sürücülərin əksəriyyəti qadağanın nə zaman başladığından xəbərdardırlar və ayın 5-dən etibarən yollarda qaydanı pozmamaq üçün daha diqqətli olacaqlarını deyirlər.
Bakı Şəhər Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov “Xəzər Xəbər”ə bildirdi ki, sarı zolaqda yalnız bu zolaqda hərəkət icazəsi, eyni zamanda üzərində xüsusi tanımlama nişan olan avtomobillər hərəkət edə bilərlər. Digər avtomobillər bura daxil olan kimi dərhal video qeydiyyat aparılacaq, eləcə də yol polisinin həmin zolaqda müəyyən etdiyi sürücülər 40 manat məbləğində cərimə ilə cəzalandırılacaqlar. Sarı zolaqlardan istifadə qadağası mayın 25-dək davam edəcək.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here