Saatlıda baş verən zəlzələ zamanı dağıntı və tələfat qeydə alınmayıb

11 May, 10:12

Saatlı rayonu ərazisində zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən VOİCEPRESS-ə verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 07:24:19-da qeydə alınıb.

Maqnitudası 5.3, dərinliyi 48 km olan zəlzələ Saatlıdan 24 km cənub-şərqdə Saatlı rayonu ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda isə 4-3 bala qədər hiss olunub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, dağıntı və tələfat haqqında məlumat daxil olmayıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here