Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi erməni jurnalistlərə Dağlıq Qarabağda ZRK “Osa”nın vurulmasını şərh edib. Nazirlik bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında bir vasitəçi kimi atəşkəs rejiminin pozulmasını qınayır və iki ölkə arasında gərginliyin daha da güclənməsinin qarşısını almaq üçün bütün lazımi tədbirləri görəcək.
25 ildir ki, nədənsə yumşaq şəkildə münaqişə kimi təqdim edilən Ermənistanla Azərbaycan arasında müharibə davam edir. Bu, təcavüzkarı, yəni Ermənistanı cəzalandırmaq üçün yetərincə uzun vaxtdır ki, Ermənistan işğal edilmiş Azərbaycan torpaqlarını tərk etsin. Bunun yerinə, Rusiya və ATƏT-in Minsk qrupunun digər həmsədrləri kimi mütəmadi olaraq ya Bakıya, ya da İrəvana səfər edərək ölkələri dinc yanaşı yaşamağa çağırırlar.
Dünyanın bütün ölkələri, o cümlədən Ermənistan kimi Rusiya da rəsmi şəkildə qondarma Dağlıq Qarabağ Respublikasını tanımır. Amma mayın 9-da Moskvada və Sankt-Peterburqda Qələbə bayramı şənliklərində təxribatçılar qondarma rejimin bayraqları ilə nümayişə çıxmışdılar. Və praktiki olaraq bunu bacardılar. Bu cür əclaflar nümayişə İŞİD bayraqları ilə çıxsa idilər, nə olardı? Hər iki rejim bütün dünyada dövlət kimi tanınmır. Yəqin ki, polis qarşısını sərtliklə kəsərdi. Göründüyü kimi, birilərinə olar, o birilərinə yox.
Rusiyanın öz strateji tərəfdaşına bu cür qayğı göstərməsi erməni siyasətçiləri çox sevindirir. Onların hamısı ürəklərində düşünürlər ki, xristian dünyası onlara Azərbaycan torpaqlarını ələ keçirməkdə yardım edəcək.
Keçən ilin aprel ayında baş vermiş hadisələr Ermənistan rəhbərliyinə aydın başa saldı ki, bu, heç zaman baş verməyəcək. Əgər Rusiya öz erməni tərəfdaşlarına qarşı daha tələbkar olsaydı, müharibə çoxdan başa çatardı və minlərlə gənc insan xilas olardı.
Təsadüfi deyil ki, bizim ümummilli lider Heydər Əliyev söyləyirdi ki, Qarabağ münaqişəsinin açarı Rusiyanın əlindədir.
Mais Məmmədov, Əməkdar Jurnalist
VOİCEPRESS.AZ