“Rusiyada bizə qarşı nifrət kampaniyası başlayıb”

10 May, 09:21

Rusiyalı siyasətçilər Qırğızıstandan olan miqrantlara qarşı nifrət kampaniyası başladıblar.

VOİCEPRESS xəbər verir ki, bunu Qələbə Günü münasibəti ilə keçirilən mitinqdə çıxışı zamanı Qırğızıstan Prezidenti Almazbek Atambayev söyləyib.

“Təəssüf ki, son illər Rusiyada daha çox ksenofobiyanın yayılmasını, qardaş xalqlar arasında düşmənçiliyin yaranmasını istəyənlərin səsi daha yüksəkdən çıxır. Bir neçə il əvvəl rus yazıçı Mixail Veller öz müsahibəsində skinxedləri müdafiə edərək, onların düşünmədən Rusiyanı müdafiə etdiklərini bildirib. Yəni onlar yüzlərlə müdafiəsiz insanı, həmçinin uşaqları öldürməklə Rusiyanın maraqlarını qoruyurlar”, – deyə o bildirib.


VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here