Azərbaycan cüdoçusu, Rio-2016-nın gümüş mükafatçısı Rüstəm Orucov IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən yarışlarda mübarizəyə başlayıb.
VOİCEPRESS xəbər verir ki, ¼ finalda R.Orucovun rəqibi Tacikistan təmsilçisi Behruzi Xojazoda olub. İdmançımız böyük üstünlüklə rəqibinə qalib gələrək yarımfinala yüksəlib.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
VOİCEPRESS.AZ