Rəsul Çunayev uduzdu

17 May, 11:00

Azərbaycanın yunan-Roma güləşçisi Rəsul Çunayev (71 kq) IV İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə qazana bilməyib.
VOİCEPRESS xəbər verir ki, final uğrunda mübarizədə güləşçimizin rəqibi İran təmsilçisi Gerayi Məhəmmədəli olub.

R.Çunayev rəqibinə 6:5 hesabı ilə məğlub olaraq finala vəsiqə qazanmaq şansını itirib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here