Rəşidə Behbudova anasının dəfninə qatılmadı

3 May, 15:04

Xalq artisti Rəşid Behbudovun həyat yoldaşı Ceyran Behbudova dəfn edilib. Vida mərasiminə Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev, xalq artisti Fərhad Bədəlbəyli və bir sıra tanınmış sənətkarlar, ziyalılar qatılıb. Mərhumla vida mərasimi Təzə pir məscidində baş tutub. Rəşid Behbudovun qızı müğənni Rəşidə Rəşid isə vida mərasiminə gəlməyib.

Yaxınlarının VOİCEPRESS-ə verdiyi məlumata görə, Rəşidə səhhəti pisləşdiyi üçün anası ilə vida mərasiminə qatılmayıb.

“Rəşidə xanımın səhhətində problem var. Anasının vəfatı ona pis təsir edib”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here