Rektorun sökdürdüyü mozaika bərpa edildi

3 May, 16:39

Keçən ilin sentyabrında sökülməyə başlayan Bakı Slavyan Universitetinin üzərindəki mozaika bərpa edilir.

Yeni mozaikada da əvvəlkindəki kimi Nizami Gəncəvi, Məhəmməd Füzuli, Məhsəti Gəncəvi və digər şairlərin təsvirləri əks edilib.

Xatırladaq ki, sözügedən mozaikanın sökülməsi ictimaiyyət arasında böyük narazılığa səbəb olmuşdu. VOİCEPRESS xəbər verir ki, həmin vaxt universitetə yeni təyin edilən rektor Nurlana Əliyeva isə “Qafqazinfo”ya açıqlamasında bu işin Mədəniyyət və Turizm Nazirliyinin razılığı ilə həyata keçirildiyini bildirmişdi.

Bakı Slavyan Universitetinin fasadındakı yenilənmiş mozaikanın şəkillərini təqdim edirik:

Rektorun sökdürdüyü mozaika bərpa edildi

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here