İspaniya La Liqasında XXI turdan təxirə salınmış oyun baş tutub.
VOİCEPRESS apasport.az-a istinadən xəbər verir ki, “Real” səfərdə “Selta” ilə qarşılaşıb.
Görüş madridlilərin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Kristiano Ronaldonun dubl etdiyi oyunda Benzema və Toni Kroos hərəyə bir dəfə fərqləniblər. Meydan sahiblərinin yeganə qoluna isə Quidetti imza atıb.
Bu nəticə ilə 37 oyundan sonra xalını 90-a yüksəldən “kral klubu” sona bir tur qalmış liderliyi “Barselona”dan geri alıb. “Real”a çempion olmaq üçün son oyunda 1 xal da bəs edəcək.
İspaniya La Liqası
XXI turdan təxirə salınan oyun
“Selta” – “Real” – 1:4
Qollar: Quidetti, 69 – Ronaldo, 10, 48, Benzema, 70, Kroos, 88
VOİCEPRESS.AZ