“İsrail İranın nüvə silahına sahib olmadığından əmin olmalıdır”.
VOİCEPRESS bildirir ki, bunu jurnalistlərə açıqlamasında İsrail Baş naziri Benyamin Netanyahu söyləyib. O, İsrailin İranla imzalanan nüvə razılaşmasından narahat olduğunu bildirib:
“Biz İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyik. 2015-ci ildə imzalanan nüvə razılaşması bizə bu işi görməyimizdə maneə ola bilməz. Biz İsraili təhdid edən hər kəsə lazımı qarşılığı verəcəyik. Bizi tanımayan və hərbi hücumla təhdid edən hər kəs özünü təhlükəsizlikdə hiss etməməlidir”.
VOİCEPRESS.AZ