Rafael Ağayev: Finalda tamaşaçıları maraqlı döyüş gözləyir

13 May, 13:46

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının karate yarışının finalında tamaşaçıları maraqlı və baxımlı döyüş gözləyir.

VOİCEPRESS-in məlumatına görə, bunu jurnalistlərə finala yüksələn karateçimiz Rafael Ağayev deyib.

5 qat dünya çempionumuz finalda pakistanlı idmançı ilə qarşılaşacağını bildirib:

“Düşünürəm ki, maraqlı və baxımlı görüş olacaq. Sona qədər gedib qələbə qazanmağa çalışacağam”.

R.Ağayev qeyd edib ki, ikinci görüşündə Səudiyyə Ərəbistanı təmsilçisi ilə döyüşərkən müəyyən problemlərlə qarşılaşıb:

“O, yeni idmançıdır və mən onun maneralarını yaxşı bilmirdim. Buna görə də düzgün taktika seçməkdə çətinlik çəkirdim, lakin sonda özümü toparladım və 7:2 hesablı qələbə qazandım”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here