Qəbizliyə qarşı faydalı olan qidalar

6 May, 21:34

Su: texniki olaraq qida deyil, lakin həzmə köməkçi olur. Kafein və şəkərli içkilər istehlak edildiyində, bədən daha da quruyur. Ancaq bol miqdarda su ilə bağırsaqlarınızı işlədə bilərsiniz.

VOİCEPRESS deyerler.org-a istinadən bildirir ki, bu səbəblə, gündə 8 stəkan su içməyinizi təklif edirik.

Albalı: lif ilə zəngindir və bağırsaq problemləri üçün çox təsirlidir. Digər meyvələri yeməyənlər üçün ləzzətli bir alternativ ola bilər.

Portağal: portağalda olan maddələr bağırsaqları işlədir. Ancaq portağalın suyunu qəbizliyə qarşı qəbul etməyin. Çünki, portağal suyu əksinə qəbizliyi dəstəkləyir. Bunun yerinə portağalı meyvə olaraq yeyin.

Quru ərik:
Quru ərik, xüsusilə yaşlı insanların qəlyanaltı olaraq tez-tez istifadə edəcəyi bir qidadır. Bağırsaqların işləməsi üçün də yaxşı bir köməkçi vasitədir. Ərikdə olan faktor maddələr bağırsaqların təbii şəkildə işlədir. Ərik yeyə bilmirsinizsə, gündə 2 stəkan quru ərik suyu içməyi məsləhət görürük.

Kətan toxumu:
Yeməklərinizə kətan toxumu əlavə etmək, lif nisbətini artıran gözəl bir yoldur. Yediyiniz hər qidaya əzilmiş olaraq kətan toxumu əlavə etsəniz, qəbizlik deyə bir problemlə qarşılaşmayacaqsınız.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here