QANAZLIĞInın əsas 10 simptomu

8 May, 21:55

Qanazlığı çox yayılmış pozulmadır. Bu pozulmanın əsas səbəbi orqanizmdə dəmir, fol turşusu və ya B12 vitamininin çatışmazlığıdır.

VOİCEPRESS saglamolun.az-a istinadən bildirir ki, qanazlığı daha tez-tez qadınlarda və uşaqlarda inkişaf edir. Bu çox ciddi pozulmadır ki, onu vaxtında aşkar etmək və aradan qaldırmaq lazımdır.

Qanazlığının simptomları arasında:
– iş qabiliyyətinin kəskin azalması
– zəiflik, yorğunluq
– yuxululuq
– əsəbilik, əhval-ruhiyyənin tez-tez dəyişilməsi
– yaddaşın zəifləməsi
– başgicəllənməsi, bayılmalar (ağır hallarda)
– təngənəfəslik
– ürək döyünməsinin tezləşməsi
– dərinin, dırnaqların və saçların vəziyyətinin pisləşməsi – dəri solğun, dırnaqlar kövrək olur, saçlar tökülür
– qeyri-adi dadlara və iyləri (benzinin, boyanın iyi, təbaşirin, farşın dadı və s.) meyilin artması.
Özünüzdə bu kimi simptomları müşahidə edirsinizsə, mütləq həkimə müraciət edin.


VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here