Kamera qarşısına keçmək istəməyən satıcılar, tuş, sürmə, dodaq boyası, ətir kimi vasitələrin testerlərinin gün ərzində ən azı 10 qadın tərəfindən sınaqdan keçirildiyini bildirirlər. Adı üstündə – bunun tester olduğunu deyirlər və insanların bilərək ondan istifadə etdiyini söyləyirlər. Çox qadın israfçılıq etməmək üçün alış-verişdən əvvəl məcbur olduqlarından bu testerlərdən istifadə edir.
Həkimlər isə kosmetik vasitələrin individual istifadəsini tövsiyyə edirlər. Testerlərdən birmənalı şəkildə uzaq durmağı tövsiyyə edirlər. Əks halda allergik reaksiyası ola və bəzi dermatoloji problemlər yarana bilər.
Testerlərın görünüş üçün yox, sağlamlıq üçün istehsal olunduğunu bildirirlər. Tester əlin nazik dərisinə çəkilməlidir. Çünki dərman vasitələrində olduğu kimi, kosmetik testerlərin da dəriyə düşüb-düşməmək ehtimalı var. (xezerxeber.az)
VOİCEPRESS.AZ