Prezident və birinci xanım cüdoçularımızın qızıl medal qazanmasına şahidlik etdi

15 May, 17:14

IV İslam Həmrəyliyi Oyunlarında kişilər arasında cüdo üzrə komanda yarışlarının finalında Azərbaycan millisi Əlcəzair komandası ilə qarşılaşıb.

VOİCEPRESS xəbər verir ki, Heydər Əliyev adına İdman Sarayında keçirilən final qarşılaşmasına Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və birinci xanım, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva izləyiblər.

Final görüşündə əlcəzairli cüdoçularla qarşılaşan təmsilçilərimiz gərgin döyüşlərdə 3:2 hesabi ilə qalib gələrək, qızıl medal qazanıblar.

Komandamızın heyətində Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Rüfət İsmayılov (81 kq), Məmmədəli Mehdiyev (90), Uşanqi Kokauri (90 kiloqramdan yuxarı) yer alıblar.

Yarışda bürünc medallara Türkiyə və Özbəkistan yığmaları layiq görülüblər.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here