Ərdoğan Esenboğa Hava limanında açıqlama verib. O, deyib ki, Brüsselin bələdiyyə başçısı NATO-nun səlahiyyətlisi deyil. “NATO adından çıxış edəcək biri deyil. Öz işinə baxsın. Brüssel küçələrini neçə təmizləyəcəyini düşünsün. İmkan versin Belçikadakı NATO nümayəndəsi öz işi ilə məşğul olsun.
Mən nə Brüssel bələdiyyəsini ziyarətə gedirəm, nə də Belçika rəsmilərini. Mən NATO-nun zirvə toplantısında iştirak edəcəyəm. Yox əgər gücü çatır və “mən Ərdoğanı bu toplantıya buraxmıram” deyirsə, buyursun. NATO terrorla mübarizədə yer almayacaqsa, nəyə lazımdır?”.
Xatırladaq ki, bələdiyyə başçısı Ərdoğana qarşı çıxış etmişdi. O, Türkiyə prezidentinə dəstək mahiyyətində olan toplantı və nümayişlərə icazə verilməyəcəyini, təhlükəsizlik qüvvələrinin bu mövzuda tolerantlıq göstərməyəcəyini demişdi.
Adıçəkilən ölkədə fransız dilində yayımlanan “L’Echo” qəzeti belçikalı rəsmilərin 24-25 may tarixlərində keçiriləcək NATO zirvəsindən öncə Ərdoğan tərəfdarlarının mitinq keçirə biləcəyindən narahatlıq doğurduğunu yazmışdı.
Hökumətdəki mənbələrə əsaslanan qəzet Ərdoğanın ölkəyə toplantıdan bir gün öncə gələrək, Brüsseldə mitinq təşkil etməyi planlaşdırdığından şübhələndiklərini yazıb.
Qəzet 2014-cü ildə Ərdoğana dəstək üçün 3 min insanın Brüsseldə Steingenberger otelinin qarşısında toplaşdığını xatırladıb. Bələdiyyə başçısı bu vəziyyətin bir daha təkrar olmayacağını deyib.
Xatırladaq ki, Türkiyə prezidenti Çin və ABŞ-a səfər etdikdən sonra, Belçikada keçiriləcək NATO zirvə toplantısına qatılacaq.
VOİCEPRESS.AZ