Demək olar ki, əksər tələbə evləri natəmizliyi, baxımsızlığı və pintiliyi ilə seçilir. Amma bu şəkildəki qızın evinə çatan olmaz.
VOİCEPRESS “Mirror”a istinadla bildirir ki, 19 yaşlı Brittani Cooperin evi Bristol şəhərində keçirilən maraqlı müsabiqədə birinci yer tutub.
Belə ki, onun natəmiz evi İngiltərənin ən pinti evi seçilib. O, 500 fund-sterlinq pul mükafatı alıb.
Qeyd edək ki, onu bu müsabiqəyə qatılmağı atası təklif edib. O, qızının səliqəsizliyinin bir işə yaramasını istəyib. Onun tək yaşadığı evə qonaq gələn ata otağa girəndə dəhşətə gəlib.
VOİCEPRESS.AZ