İnterpol Viktor Yanukoviç və oğlunun axtarışını dayandırıb

4 May, 09:07

VOİCEPRESS xəbər verir ki, bu barədə bu barədə Yanukoviçin mətbuat katibi Yuriy Kirasir Feysbuk hesabında yazıb. Onun sözlərinə görə, İnterpol nə keçmiş prezidentin, nə də onun oğlunun axtarışlarını davam etdirməyəcək.

“İnterpol Viktor Yanukoviçin axtarışda olmadığını təsdiqləyib. Bildirilib ki, onun və oğlunun həbs edilməsi barədə heç bir sorğu daxil olmayıb”, – deyə Y. Kirasir yazıb.

Qeyd edək ki, V. Yanukoviç 2010-2014-cü illərdə Ukrayna prezidenti vəzifəsdində çalışıb. 2015-ci ildən onun barəsində Uklraynada bir neçə cinayət işi başlanıb. 2015-ci il 20 yanvarda Kiyevdə keçirilən məhkəmənin qərarı ilə V. Yanukoviç barədə həbs qərarı verilib. O, ölkəni 106 nəfərin ölümü ilə nəticələnən Maydan hadisələrində günahlandırılıb. Həmin vaxtdan İnterpol onun və oğlunun barəsində axtarış elan edib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here