ndoneziyalı gimnast: “Azərbaycan İslam Oyunlarında ən güclü rəqibdir”

13 May, 12:28

“Bakı – 2017 IV İslam Həmrəyliyi Oyunlarında qadın idman gimnastikası üzrə Azərbaycan komandası ən ciddi rəqibdir”.
VOİCEPRESS bildirir ki, bunu IV İslam Həmrəyliyi Oyunlarında çıxış edən İndoneziyadan olan gimnast Rifta İrfanalutfi deyib.

O qeyd edib ki, Azərbaycan gimnastları xüsusən paralel qollar və sərbəst hərəkətlərdə güclüdürlər:

“Dayaqla tullanmada isə indoneziyalı idmançı və Özbəkistan təmsilçisi Oksana Çusovitina güclüdür”.

R.İrfanalutfi qeyd edib ki, IV İslam Həmrəyliyi Oyunları yüksək səviyyədə təşkil olunub və bu oyunlarda iştirak təcrübə toplamaq baxımından onun üçün çox əhəmiyyətlidir.

O, çıxışından razı qaldığını bildirib. Gimnast həmçinin, Bakını da çox bəyəndiyini vurğulayıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here