VOİCEPRESS xəbər verir ki, onun sözlərinə görə, Dağlıq Qarabağın Azərbaycanın tərkibinə qaytarılması kifayət qədər problematikdir və Azərbaycana kompensasiya kimi 7 işğal edilmiş rayon və Naxçıvan üçün dəhliz qaytarıla bilər: “Bu, Azərbaycan üçün müəyyən kompensasiya olacaq. Əlbəttə, bu variant, ola bilsin ki, heç də hamını qane etməsin. Lakin hər halda, ciddi ərazi iddiaları üçün zəmin olmayacaq”, – Trubnikov deyib.
Rusiyanın Qarabağ üzrə mövqeyini şərh edərək, o bildirib: “Rusiyanın mövqeyi onsuz da bəllidir – Qarabağda qalib və məğlub olmamalıdır. Bütün bunlar, üçüncü tərəf də daxil olmaqla, hamı üçün pis bitəcək. Qarabağ ətrafında münaqişədə nöqtə qoymayacaq həllin iştirakçısı olmaq düzgün deyil və olmaz. Güzəştin olmadığı, qisas üçün imkanların qaldığı yerdə yekun razılaşma mümkün deyil. Bu yalnız müvəqqəti saziş olacaq. Buna görə də, Qarabağı birdəfəlik və həmişəlik həll etmək lazımdır”.
Münaqişənin hərbi yolla həlli barədə sualı cavablandıran V.Trubnikov qeyd edib: “Mənə belə gəlir ki, Bakıda, Yerevanda və Stepanakertdə (Xankəndində – red.) hazırkı rəhbərlər siyasi cəhətdən kifayət qədər savadlı və uzaqgörəndirlər, anlayırlar ki, birtərəfli həll çətin ki, mümkün olsun. Düşünürəm ki, münaqişənin belə həllinin nəzəri cəhətdən imkanları mövcuddur və bu qalmaqdadır. Əlbəttə ki, qızğın başlar da tapılacaq. Bu müharibə hər iki tərəfi məhv edəcək, qalib olmayacaq. Sözün əsl mənasında, qazanılacaq da bir şey yoxdur, sadəcə olaraq, bir-birini torpaqdan qovmaq və məhv etmək lazımdır. Milləti, dini və mədəniyyəti məhv etmək lazım gələcək. XXI əsrdə isə bu mümkün deyil”.
V.Trubnikovun sözlərinə görə, bügünkü vəziyyətə görə üstünlük Azərbaycan tərəfdədir: “Azərbaycan inkişaf edir və möhkəmlənir, ümumilikdə, pis deyil. Əlbəttə ki, neft və qaz Azərbaycana imkan yaradır ki, sırf maddi, texniki və iqtisadi cəhətdən tərəqqi etsin”.
VOİCEPRESS.AZ