“NATO Suriya münaqişəsində iştirak etməyə hazırlaşmır” – Stoltenberq

6 May, 09:03

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, alyans Suriyadakı vətəndaş müharibəsində iştirak imkanını nəzərdən keçirmir.

VOİCEPRESS bildirir ki, bu barədə o, “Spiegel” jurnalına müsahibəsində bildirib.
“NATO hərbçilərinin Suriyadakı vətəndaş müharibəsində heç bir iştirakı gözlənilmir, bununla bağlı heç bir müzakirə aparılmır”, – deyə alyansın rəhbəri bildirib.
Lakin Y.Stoltenberq qeyd edib ki, alyans terrorçuluqla mübarizədə fəal iştirak etməyə hazırdır. Belə ki, onun sözlərinə görə, NATO hərbçiləri İraqda və Əfqanıstanda yaraqlılarla mübarizə üçün yerli qüvvələrə təlim keçə bilərlər.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here