Moskva və Sankt-Peterburqdan Lənkərana birbaşa aviareys açılır

1 May, 13:44

Rusiyanın Hava Nəqliyyatı üzrə Federal Agentliyi Yekaterinburq şəhərindən Lənkərana aviareyslərin yerinə yetirilməsinə icazə verib.

VOİCEPRESS xəbər verir ki, uçuşları “Severnıy veter” (Şimal küləyi) aviaşirkəti yerinə yetirəcək. Bildirilir ki, aviaşirkət həftədə 3 dəfə Lənkərana uçacaq.

Bundan başqa, şirkət Moskva və Sankt-Peterburq şəhərindən də Lənkərana uçuşlar yerinə yetirmək niyyətindədir.

Qeyd edə ki, hazırda Yekaterinburqun “Koltsovo” hava limanından Bakıya birbaşa aviareys mövcuddur. Aviareysi “Uralskiye pelmeni” aviaşirkət yerinə yetirir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here