Mixail Zabelin: “Bizim bir ay vaxtımız var ki, o qərarı ləğv etdirək”

16 May, 13:06

“Azərbaycanın burada yaşayan ruslara münasibətini yüksək dəyərləndiririk”. VOİCEPRESS xəbər verir ki, bunu Milli Məclisin iclasında Azərbaycan Rus İcmasının sədri, deputat Mixail Zabelin bildirib. O, Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğv olunmasında danışarkən bildirib ki, bu məsələ hamını narahat edir.

“Bizim bir ay vaxtımız var ki, verilmiş qərarı ləğv etdirək. Mən deputatlara minnətdarlığımı bildirirəm ki, onlar obyektiv olaraq məsələyə münasibətini bildirdilər. Azərbaycan-Rusiya hökumətlərarası Komissiyası bu məsələ ilə bağlı qəti mövqeyini bildirməlidir”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here