Millimizin üzvü Türkiyədə güllələndi

16 May, 09:04

Hadisə iki qrupun mübahisəsi zəmnində baş verib

Türkiyənin Kastamonu şəhərində silahlı insident olub. VOİCEPRESS Türkiyə mətbuatına istinadən xəbər verir ki, hələlik səbəbi məlum olmayan silahlı insident zamanı 4 nəfər yaralanıb. Hadisə iki qrupun mübahisəsi zəmnində baş verib.

Yaralananların arasında Azərbaycanın kikboks üzrə Avropa çempionu Eldar Əlizadə də var. Onlar Kastamonu Dövlət Xəstəxanasına yerləşdirilib. Məlumata görə, yaralananların vəziyyəti yaxşıdır.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here