Bu barədə VOİCEPRESS-ə Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı səfirliyindən məlumat verilib
Meksika Azərbaycan icmasının üzvləri iştirakı ilə Azərbaycanın Meksika Birləşmiş Ştatlarında səfirliyinin müvəqqəti işlər vəkili Məmməd Talıbov çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən bəhs edib, onun müasir Azərbaycan tarixində müstəsna rolunu qeyd edərək Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdiyini və ölkəni xaos və böhrandan qurtararaq qısa vaxt ərzində qabaqcıl və nüfuzlu ölkəyə çevrilməsinə nail olduğunu bildirib.
Diplomat qeyd edib ki, hər bir Azərbaycanlı müstəqil ölkəmizin bayrağının dalğalandığını gördükdə bunu dərk etməli, düşünməlidir. Qüdrətli dövlət xadimi, dahi şəxsiyyət, əsrin ən parlaq simalarından olan Heydər Əliyevin bütün həyatını öz Vətəninə – doğma Azərbaycana həsr etdiyini bildirən diplomat hər bir Azərbaycanlının bu xatirələri yaşatmalı olduğunu vurğuladı. O, qeyd edib ki, Azərbaycanın bu günkü uğurları, dünyada nüfuzunun gündən günə artması, regionun liderinə çevrilməsi, ölkəmizin təşəbbüsü ilə dünya miqyaslı layihələrin böyük müvəffəqiyyətlə həyata keçirilməsi – bütün bunlar məhz Ulu öndərin müəyyən etdiyi və Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilən siyasət nəticəsində mümkün olmuşdur.
Bundan sonra çıxış edən Latın Amerikası Azərbaycanlıları Assosiasiyasının sədri, “Əməkdar elm xadimi”, professor Natiq Atakişiyev və Meksikada Azərbaycanlı icmasının fəal nümayəndəsi, Mexiko Ştatı Simfonik Orkestrinin üzvü, Mexiko Milli Musiqi Konservatoriyası professoru Spartak Babayev çıxış edərək Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə gördüyü mühüm işlərdən danışıb, o cümlədən elm və mədəniyyət sahəsinə göstərdiyi qayğını xüsusilə qeyd ediblər.
VOİCEPRESS.AZ