Məhkəmə-Hüquq Şurasının səlahiyyəti artırılır

8 May, 11:34

Azərbaycan Məhkəmə-Hüquq Şurasının səlahiyyəti artırılır.

Şuraya məhkəmələrin fəaliyyəti ilə bağlı yeni səlahiyyət verilir.

VOİCEPRESS xəbər verir ki, bununla bağlı “Məhkəmə-Hüquq Şurası haqqında” qanunun 11-ci (Məhkəmə-Hüquq Şurasının vəzifələri) maddəsinə yeni bənd təklif edilir.

Bəndə görə, Məhkəmə-Hüquq Şurası məhkəmələrin ərazi yurisdiksiyasını da müəyyən edəcək. Hazırda mövcud qanunvericiliyə görə, şura bununla bağlı yalnız təklif vermək səlahiyyətinə malikdir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və mayın 16-da müzakirəyə çıxarılacaq.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here