VOİCEPRESS Liberation-a istinadən bildirir ki, 3 övladı və 8 nəvəsi olan birinci ledi fəaliyyətinə görə dövlət büdcəsindən maaş almayacaq.
“Mən Fransa prezidentinin yox, Emmanuelin xanımı olmuşam və indi də beləyəm. Emmanuelin prezident seçilməsi, təbii ki, həyatımızda ciddi dəyişikliklərə səbəb olacaq. Onların arasında ən ciddi olanların biri də bütün qohumlarımızla münasibətlərdə daha məsafəli olacağımızdır. Nə Emmanuelin, nə də mənim dostlarımdan, tanışlarımdan, qohumlarımdan kimsə adımızdan istifadə etməyib və edə də bilməz. Fransa, dövlət və millət üçün görəcəyim işlər üçün də maaş, yaxud büdcədən hansısa ödənişlər almaq niyyətində deyiləm”, – 64 yaşlı madam Bricit deyib.
Onun əri E.Makronun formalaşdıracağı yeni hökumətdə aktiv rol oynayacağı gözlənilir.
“Bricitin əsas maraq dairəsi təhsil sahəsidir. O, autistzm xəstəsi olan, habelə yoxsul ailələrdə böyüyən uşaqların təlim-tərbiyəsinə xüsusi diqqət yetirəcək”, – Emmanuel Makronla xanımı Bricit barədə bioqrafik kitabın müəllifi Kendis Nedelek deyib.
VOİCEPRESS.AZ