Maddələr mübadiləsini sürətləndirən qidalar

3 May, 11:09

Qreypfrut: Tərkibində C vitamini yüksək olan meyvələr maddələr mübadiləsini sürətləndirən qidalar arasındadır. Bu şəfalı meyvələr bədəndəki yağların yandırılmasına yardımçı olaraq arıqlamağı da sürətləndirir.

Acı bibər:
Jalepeno bibəri kimi acı bibərlər, bədəni yandırıcı xüsusiyyəti yüksək olan qidalardır. Qan qövranını artıran acı bibər, maddələr mübadiləsini də sürətləndirir.

VOİCEPRESS deyerler.org-a istinadən bildirir ki, tərkibindəki kapsaisin maddəsi sayəsində qan dövranını sürətləndirir. Aparılan araşdırmalarda, acı bibər yedikdən sonra təxminən 3 saat ərzində maddələr mübadiləsinin 25% daha sürətləndiyi müşahidə edilmişdir.

Alma: Rio de Janeiro Universitetində aparılan araşdırmaya görə gündə 3 ədəd kiçik alma yemək arıqlamağı və maddələr mübadiləsinin sürətini artırdığı məlum olmuşdur.
Şorbalar: Xüsusilə evdə bişən şorbalar sağlamlıq baxımından olduqca faydalıdır. Şorba içilməsiylə bədənə alınan su miqdarı artırılır və maddələr mübadiləsi sürətlənir. Yeməklərdə əvvəlcə şorba içilməsi maddələr mübadiləsi baxımından əhəmiyyətlidir.

Armud:
Gün arasında armud yeyilməsi toxluq hissi yaradır. Rio de Janeiro Universitetində aparılan araşdırmada yemək aralarında armud yemək maddələr mübadiləsini sürətləndirdiyi məlum olmuşdur.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here