Belarus həmişə Azərbaycanla dostluq və qarşılıqlı hörmət şəraitində münasibətlərini qurub.
VOİCEPRESS xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın bu ölkəyə təyin olunmuş yeni səfiri Lətifə Qəndilovanın etimadnaməsini qəbul edərkən söyləyib. O, hər iki dövlətin səyləri nəticəsində bir sıra böyük layihələrin reallaşdırıldığını bildirib.
Lukaşenko mövcud olan potensialdan hər iki dövlətin maksimal şəkildə istifadə etməli olduğunu söyləyib.
VOİCEPRESS.AZ