Lənkərana dolu yağıb, təsərrüfatlara ziyan dəyib – VİDEO

13 May, 21:35

Səhər saat 8 radələrindən başlayaraq Lənkəran rayonuna dolu yağıb. İri buz parçaları rayon ətrafını ağa bürüyüb.

VOİCEPRESS xezerxeber.az-a istinadən bildirir ki, qəfildən başlayan dolu 10 dəqiqəyə yaxın yağaraq, daha sonra güclü ildırım çaxması ilə müşahidə olunub. Nəticədə təsərrüfatlarda yeni əkilən tərəvəz bitkilərinə ziyan dəyib. Dolunun hansi ərazilərə daha çox ziyan vurduğu dəqiqləşdirilir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here