Kürdəmirdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbirlər davam edir

4 May, 18:45

Mayın 4 -də Yeni Azərbaycan Partiyasının Kürdəmir rayon təşkilatının qərargahında YAP Kürdəmir rayon təşkilatı Gənclər Birliyinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə “Heydər Əliyev məktəbi dövlətçilik, idarəçilik məktəbidir” mövzusunda dəyirmi masa keçirilib.

VOİCEPRESS xəbər verir ki, öncə dəyirmi masa iştirakçıları rayon təşkilatının qərargahında yerləşən Ulu Öndər Heydər Əliyevin büstü önünə gül-çiçək dəstələri düzüblər.

Dəyirmi masada Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli, rayon təşkilatının Gənclər Birliyinin Şura üzvləri, fəal gənclər iştirak ediblər.

YAP Kürdəmir rayon təşkilatının akt zalında keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Kürdəmir rayon təşkilatının şura üzvü, YAP rayon təşkilatı aparatının baş məsləhətçisi Məhəmməd Heydərli bütün varlığı ilə Azərbaycana və azərbaycançılığa xidmət edən dahi rəhbərimiz – dövlətçilik tariximizə xilaskar kimi daxil olmuş və respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə bu missiyanı çox böyük uğurla yerinə yetirmiş Ulu Öndərimiz Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan danışmışdır. O, vurğulamışdır ki, Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlər ərzində, həmişə xalqımızın milli maraqlarını dəqiq müəyyən etmiş, ictimai, siyasi, iqtisadi, mədəni və digər sahələrlə yanaşı gənclərlə aparılan işi daim önə çəkmişdir. Natiq qeyd etmişdir ki, Ulu Öndərin Azərbaycan gəncliyinə göstərdiyi qayğı bu gün ölkə rəhbəri, partiyamızın sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Çıxışçılardan Gənclər Birliyinin şura üzvü , şəhər 2 saylı tam orta məktəbin müəllimi Leyla Abdurahmanova, Heydər Əliyev Mərkəzinin elmi işçisi Xəyyam Məlikov, şəhər 3 saylı tam orta məktəbin müəllimi Şəfəq Şirəliyeva, fəal gənc Rauf Abuşov, şəhər 1 saylı tam orta məktəbin müəllimi Günel Cəfərova Ulu Öndər Heydər Əliyevin cəmiyyət və dövlət quruculuğu prosesində gənclərlə iş sahəsinə xüsusi diqqət yetirməsindən, Azərbaycan gənclərinin müstəqil dövlətimizin tərəqqisi naminə təşkilatlanmasından, təhsilə olan qayğısından danışmışlar. Natiqlər bu gün ölkə rəhbəri cənab İlham Əliyevin bu siyasəti çox böyük uğurla davam etdirməsinin müstəqil və müasir Azərbaycanın işıqlı gələcəyinin qarantına çevrilməsinə səbəb olduğunu vurğulamışlar. Onlar gənclərimizin bu sabitlikdən, əmin-amanlıqdan bəhrələnərək ölkəmizin uğurlu gələcəyi naminə çalışacaqlarını qeyd etmişlər.

Sonda YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli tədbir iştirakçılarını və onların simasında rayonun bütün gənclərini Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə təbrik edərək qeyd etmişdir ki, müasir tariximizin hər bir sətri Ümummilli Liderimiz Heydər Əliyevin qüdrətli əlləri ilə yazılmışdır.Bu gün cənab İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz bütün nailiyyətlər, həyata keçirilən və Azərbaycanımızı bütün dünyaya tanıtdıran bütün işlər Heydər Əliyev dühasının, ideyalarının nəticəsi və təntənəsi olmaqla bərabər əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin parlaq təcəssümüdür. Ömrünü xalqının firavan yaşamasına həsr etmiş , dünya miqyasında tanınan və hörmətlə yad edilən Ümummilli Liderimiz Heydər Əliyev xalqımızın yaddaşında əbədi olaraq yaşayır və yaşayacaqdır.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here