Kürdəmirdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü qeyd olunub

10 May, 11:42

Mayın 10-da Dahi rəhbərin doğum günündə Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, YAP-ın üzvüləri , ağsaqqallar və ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri , rayon sakinləri Ulu Öndərin adını daşıyan parkda ucaldılmış Ulu Öndərin abidəsi önünə tər-çiçəklər düzdülər və onun nurlu, işıqlı əziz xatirəsini bir daha ehtiramla yad etdilər.

VOİCEPRESS
xəbər verir ki, tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinə daxil olaraq Ulu Öndərin çoxşaxəli həyat və fəaliyyətini əks etdirən foto-stendlərə, bir-birindən maraqlı eksponantlara böyük maraqla tamaşa etdilər. Həmin gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü il dönümü münasibəti ilə rayon ərazisində geniş ictimaiyyətin iştirakı ilə ağacəkmə kampaniyası keçirildi. Ağacəkmə aksiyasında Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, YAP-ın üzvüləri , rayon ictimaiyyətinin nümayəndələri, əmək kollektivləri və rayon sakinləri iştirak ediblər. İməclikdə 3100 nəfərdən çox rayon sakini tərəfindən 7200-dən artıq müxtəlif növ ağaçlar və gül kolları əkildi.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here