Kürdəmirdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilib

3 May, 16:08

Mayın 3-də Yeni Azərbaycan Partiyasının Kürdəmir rayon təşkilatının qərargahında Kürdəmir rayon İcra Hakimiyyətinin və YAP Kürdəmir rayon təşkilatı Qadınlar Şurasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə “Heydər Əliyev və milli –mənəvi dəyərlərimiz” mövzusunda dəyirmi masa keçirilib.
Öncə dəyirmi masa iştirakçıları rayon təşkilatının qərargahında yerləşən Ulu Öndər Heydər Əliyevin büstü önünə gül-çiçək dəstələri düzüblər.
Dəyirmi masada YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli, rayon İcra Hakmiyyəti Başçısının müavini Vəsilə Əsgərli, Qadınlar Şurasının üzvləri, fəal qadınlar iştirak ediblər.
YAP Kürdəmir rayon təşkilatının akt zalında keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
VOİCEPRESS xəbər verir ki, tədbiri giriş sözü ilə YAP rayon təşkilatı Qadınlar Şurasının sədri Sevda Hacıyeva açaraq məruzə ilə çıxış etmişdir. Sevda Hacıyeva məruzəsində qeyd etmişdir ki, Azərbaycan dövləti qədim olmaqla çox keşməkeşli və mübarizələrlə dolu tarixi yol keçərək bu günümüzə gəlib çıxmışdır. Tarixin hansı dönəmi olursa – olsun həmişə bu sınaqlardan xalqımız şərəf və ləyaqətlə çıxmışdır. Azərbaycan xalqının böyük dövlətçilik ənənəsi, zəngin mədəniyyəti, milli-mənəvi, əxlaqi dəyərləri var. Azərbaycan xalqı soykökünə söykənə bilən xalq olmaqla onun tarixi mədəniyyəti, dastanları, nağılları, laylaları olan bir xalqdır. Bunları nəsildən –nəsilə, əsrdən-əsrə keçirən ləyaqətli,ismətli analarımız və mərd ərənlərimiz olmuşlar. Heydər Əliyev Allahın Azərbaycana böyük töhfəsi və xalqının xilaskarıdır. Sonra Sevda Hacıyeva məruzəsində Ulu Öndərin Azərbaycan qadınlarına hər iki hakimiyyəti dövründə qayğısından danışdı. Sevda Hacıyeva bildirib ki, Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycan dövlətinin memarı və qurucusudur, Azərbaycan xalqının son min illik tarixi ərzində yetirdiyi ən böyük tarixi şəxsiyyətlərdən biridir.
Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının müavini Vəsilə Əsgərli çıxış edərək Azərbaycanın bugünkü və gələcək nəsillərinin Heydər Əliyevin şərəfli adı və ölməz ruhu qarşısında müqəddəs borcu onun qurub-yaratdığı müasir Azərbaycan dövlətinin daha da çiçəklənməsi və qüdrətlənməsi, xalqımızın rifahı naminə fədakarlıqla çalışmaq, milli birliyimizə sədaqətlə xidmət göstərməkdir. Natiq bildirmişdir ki, hal-hazırda Azərbaycan qadını ölkəmizin ictimai həyatında fəal iştirak etməklə hətta onu müxtəlif xarici qurumlarda belə təmsil edir.
Çıxışçılardan “Heydər Əliyevin həyat və fəaliyyəti ” mövzusunda Şəhər 6 saylı tam orta məktəbin direktoru , YAP rayon təşkilatının idarə heyəti üzvü Elmira Şıxəliyeva , “Azərbaycan musiqisi və mədəniyyətinin inkişafına Heydər Əliyev qayğısı” mövzusunda Uşaq –İncəsənət Məktəbinin direktoru Qəndaf Zülfüqarova, “ Milli kitabxananın yaradılması, qorunması və inkişaf etdirilməsi Ulu Öndərin xalqımıza böyük xidmətidir” mövzusunda Mərkəzi Kitabxanalar Sisteminin direktor müavini İradə Mahmudova, “Ulu Öndərin “Azərbaycan Respublikasının uşaq hüquqlarının qəbul edilməsi” qanunu uşaqların hüquqlarının xaricdə və ölkə daxilində qorunmasıdır” mövzusunda Uşaq Yaradıcılıq Mərkəzinin direktoru Nəsibə Hidayətova məruzə etmişlər. Çıxışçılar Ulu Öndər Heydər Əliyev haqqında, onun həyatı və siyasi fəaliyyəti, haqqında danışmış, Azərbaycan qadınlarının qəlbində öz əbədi heykəlini qurmuş bu nəcib və alicənab insanın danılmaz xidmətlərindən söhbət açmışlar.Onlar vurğulayıblar ki, bu gün xalqımız Ümummilli Lider Heydər Əliyevin siyasi varisi¬¬ – müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, ernerjili və təşəbbüskar şəxsiyyət kimi dünya siyasətində özünəməxsus yer tutan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşmişdir.
Sonda YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli dəyirmi masa iştirakçılarını və onların simasında bütün rayon sakinlərini əlamətdar gün – dahi şəxsiyyət Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə təbrik edərək bildirir ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı xalqımızın tarixinə qızıl hərflərlə yazılıb. Bu günlər biz bu əvəzolunmaz insanın – dahi şəxsiyyətin anadan olmasının 94-cü ildönümünü qeyd edirik. Bir daha ötən dövrlərə nəzər salarkən Heydər Əliyev fenomeninin, böyüklüyünün, onun Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərinin dəyərini daha dərindən dərk etməyə başlayırıq. Bu şəraitə, bu inkişafa görə Ulu Öndər siyasətinə və ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarıq.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here