Kürdəmirdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə konsert keçirilib

7 May, 23:42

Mayın 7-də Kürdəmir şəhərinin mərkəzi meydanında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə Rayon İcra Hakimiyyəti və Azad Azərbaycan Müstəqil Teleradio Yayım Şirkəti maraqlı konsert proqramı təşkil ediblər.

VOİCEPRESS
xəbər verir ki, bayram konsertində rayon rəhbərliyi, Respublikamızın tanınmış incəsənət ustaları və rayon sakinləri iştirak edirdilər.
Rayon sakinlərinin coşğusu ilə qarşılanan konsert proqramında Aygün Kazımova, Xumar Qədimova, Zakir Əliyev, Sevda Yəhyayeva, Nadir Qafarzadə, Rəvan Qarayev, Ceyhun Qala, Samira və digər mədəniyyət xadimləri çıxış edərək kürdəmirliləri bayram münasibətilə təbrik ediblər.
Konsert proqramı möhtəşəm atəşfəşanlıqla başa çatdı.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here