Qubanın Bərqov kəndində meyiti tapılan 4 yaşlı Fuad Mustafayevin baş nahiyəsində – alnında xəsarətlər olub. VOİCEPRESS-in istipress-ə istinadən məlumatına görə, onun hansı səbəbdən ölməsini, yıxılıb və ya qəsdən öldürülməsini təyin etmək üçün tibbi ekspertiza təyin olunub.
Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Quba şöbəsinin müdiri Çingiz İskəndərov İstiPress-ə məlumat verdi ki, ekspertizanın rəyindən sonra uşağın ölüm səbəbi məlum olacaq.
Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Quba şöbəsinin müdiri Çingiz İskəndərov İstiPress-ə məlumat verdi ki, ekspertizanın rəyindən sonra uşağın ölüm səbəbi məlum olacaq.
Bərqov kənd sakinləri isə bildirib ki, Fuad Mustafayevin meyiti yaşadığı evin hasarının dibində tapılıb. Hər halda bütün bunlara valideyn məsuliyyətsizliyi, uşağın nəzarətsiz buraxılması səbəb olub.
Saat 11:35
Quba rayonunda 4 yaşlı uşağın meyiti tapılıb. Hadisə rayonun Bərqov kəndində qeydə alınıb. Kənd sakini, 2013-cü il təvəllüdlü Mustafayev Fuad Həbib oğlunun meyiti evlərinin yaxınlığında aşkar edilib. Ailə üzvləri uşağın meyitini Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına aparıblar.
Quba rayon Prokurorluğundan verilən məlumata görə, uşağın ölüm səbəbini müəyyənləşdirmək üçün müvafiq tibbi ekspertiza təyin olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
VOİCEPRESS.AZ