“Klon” teleserialının “Lukas”ı Murilio Benisionun oğulları ilə yeni fotoları yayılıb.
VOİCEPRESS axşam.az-a istinadən bildirir ki, aktyorun 1996-1997-ci illərdə evli olduğu Alessandra Neqrinidən Antonio adlı oğlu var. Hazırda 20 yaşı olan Antonio İnstaqramın aktiv istifadəçisidir.
Aktyorun digər oğlu isə “Klon”da “Hade” obrazını canlandıran Ciovanni Antonellidəndir. 2001-2005-ci illərdə ailəli olan cütlüyün oğlu Pietronun isə 12 yaşı var.
M.Benisio hazırda eyni serialda “Lukas”ın qızı “Mel” obrazına həyat verən Debora Falabella ilə vətəndaş nikahında yaşayır.
VOİCEPRESS.AZ